Lionel Messi: “Onu 4-cü yerdə görmək utandırıcıdır”
05 dekabr 2019 14:34 (UTC +04:00)

Lionel Messi: “Onu 4-cü yerdə görmək utandırıcıdır”

Karyerasında 6-cı dəfə “Qızıl top” qazanan “Barselona”nın argentinalı ulduzu Lionel Messi səsvermənin nəticələrindən narazı qalıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı “Liverpul”un futbolçusu Sadio Manenin 4-cü yer tutmasını ədalətli hesab etmir.

L.Messi seneqallını daha yüksək yerlərə layiq görür: “Maneni “Qızıl top”un səsverməsində yalnız 4-cü yerdə görmək utandırıcıdır. Hesab edirəm ki, bu il mükafata layiq iddiaçılar çox idi. Buna görə də kimisə fərqləndirmək çətindir. Lakin mən məhz Maneni qeyd etdim. Çünki futbolçu kimi xoşuma gəlir”.

Qeyd edək ki, səsvermədə L.Messidən sonrakı yerləri niderlandlı Vircil van Deyk və portuqaliyalı Kriştianu Ronaldo tutublar.

# 1168
avatar

Oxşar yazılar