16:06
04 Dekabr 2019

“Arvadımla qardaşımın münasibətindən şübhələnirdim” - Məşhur məşqçi haqda şok açıqlama

Futbol üzrə Uels yığmasının baş məşqçisi, “Mançester Yunayted” klubunun sabiq yarımmüdafiəçisi Rayan Giqqzin qardaşı Rodri Giqqz açıqlama verib.

Lent.az -ın məlumatına görə, Rodri qardaşının ona həyat yoldaşı ilə xəyanət etməsi haqda danışıb. O, illər əvvəl baş vermiş hadisədən sonra qardaşı ilə küsülü olduğunu deyib. Rodri anasının Rayanın tərəfini tutduğunu, bu səbəbdən onunla da danışmadığını qeyd edib:

“Ona görə ki, mənim 35 medalım yoxdur, 20 il “Mançester Yunayted”də oynamamışam, böyük evə sahib deyiləm. Anam qardaşımın tərəfini saxladı, sanki xəyanəti mən etmişəm. Əslində arvadımla Rayanın gizli münasibətindən şübhələnirdim. Amma hər dəfə anam elə olmadığını deyib, məni fikrimdən daşındırırdı. Ailəmdən heç kimlə danışmıram. Amma hamısı Rayanla danışır. Çünki onun hesabına Uelsdə gözəl həyat yaşayırlar”.


Qeyd edək ki, 2010-cu ildə evlənən Rodri və Nataşa məlum hadisəyə görə 2013-cü ildə ayrılıblar.

Dİgər xəbərlər