5344
18:20
03 Dekabr 2019

Azərbaycanlı əsirlərin saxlandığı düşərgədə FƏLAKƏT: çadırlar su içində, ərzaq çatışmır... - FOTO

Azərbaycanlı qadın və uşaqların da saxlanıldığı Suriyanın Roj və Əl Hol düşərgələrinin yerləşdiyi Hasakya bölgəsində 3 gündür qasırğa və yağış ara vermir. Əsirlikdə olanların yaxınlarının Lent.az -a verdiyi məlumata görə, qasırğa düşərgədəki çadırların böyük əksəriyyətini dağıdıb.

“Hər tərəf su içindədir. Uşaqların çoxunun geyinməyə quru paltarı belə yoxdur. Bundan başqa, qida və su da çatışmır”.

Xatırladaq ki, hazırda həmin düşərgədə 37 nəfəri valideynsiz olmaqla, 250 azərbaycanlı uşaq saxlanılır.