Brilliant Röyanın CAVABINI VERDİ - Qalmaqal böyüyür - VİDEO
03 dekabr 2019 16:48 (UTC +04:00)

Brilliant Röyanın CAVABINI VERDİ - Qalmaqal böyüyür - VİDEO

Xalq artisti Brilliant Dadaşova həmkarı Röya Ayxanın onun barəsində dediklərinə cavab verib.

Lent.az-ın məlumatına görə, B.Dadaşova bu barədə sosial şəbəkədə paylaşım edib:

"Bayaqdan zəng vururlar, hamıya ayrılıqda cavab vermirəm. Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbərdar olmadığın nədənsə danışmaq olmaz. Vətənpərvərlik hisləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam.

Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmuşam. Lazım olan yerdə mübahisə etmişəm. Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim.

Biz musiqidəyik. Bizim "Tərəkəmə", "Vağzalı" kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona "super" deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökümə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür.

Ailəmdən beş şəhid var. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə "sənətkarımsan" deyən adamdan bunu gözləməzdim".

Qeyd edək ki, Röya "3D" verilişində B.Dadaşova barədə bunları demişdi: "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".

 

# 9522
avatar

Yalçın UĞUR

Oxşar yazılar