Evdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB
02 dekabr 2019 00:50 (UTC +04:00)

Evdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

 

 

 

Goranboyda evdə baş vermiş partlayışda yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, xəsarət alanlar  2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cl il təvəllüdlü Cahid Əhmədovdur. 

Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir. 

T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.

 

 

****

 

00:18

 

Goranboy rayonunda fərdi yaşayış evində partlayış baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

Hadisə nəticəsində evdə olan dörd nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Yaralılardan üçünün azyaşlı olduğu bildirilir. 

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, partlayış qaz sızmasında baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar