Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
1974-cü il təvəllüdlü Məmmədov Sabir Samit oğlu yaşadığı binanın girişində naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu döyərək çənəsini sındırıblar.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. S.Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.