Hindistan da özünün nüvə başlıqlı raketini sınaqdan keçirdi
01 dekabr 2019 04:15 (UTC +04:00)

Hindistan da özünün nüvə başlıqlı raketini sınaqdan keçirdi

 

Hindistanın strateji ordu komandanlığı günün qaranlıq saatlarında nüvə başlığı daşıya biləcək Agni-III ortamənzilli ballistik raket sınağını həyata keçirib.

APA xəbər verir ki, bu barədə “PTI” agentliyi ordudakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, raket yerli vaxtla saat 19:20-də Orissa ştatı sahillərində yerləşən Abdul-Kalam adasındakı mobil buraxılış qurğusundan atılıb.

Qeyd olunur ki, uzunluğu 17 metr olan “Agni-III” raketinin diametri 2 metr, başlanğıc ağırlığı isə 50 tona yaxındır. Uçuşun məsafəsi 3,5 min kilometrə çatır.

Agentlik bildirir ki, “Agni-III” artıq Hindistan ordusu tərəfindən qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar