Bakıda avtosalon yanıb, xəsarət alan var - FOTO - VİDEO
29 noyabr 2019 23:10 (UTC +04:00)

Bakıda avtosalon yanıb, xəsarət alan var - FOTO - VİDEO

 

Bakının Nizami rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.

Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib. 

Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5897

Oxşar yazılar