500
15:37
29 Noyabr 2019

İstifadə müddəti saxtalaşdırılan dovğalar aşkarlandı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentlik əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirib.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.

İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.