Xalq artisti Röya Ayxan bu ay sayca ikinci klipini təqdim edib.
Lent.az xəbər verir ki, sənətçinin bu dəfə ekranlaşdırdığı klip “Elə bilirdim” mahnısına çəkilib. Layihənin çəkilişləri rejissor Fərhad Əliyə həvalə olunub. Ekran işi Bakının müxtəlif məkanlarında lentə alınıb.
Qeyd edək ki, “Elə bilirdim”in sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsusdur. Həmin bəstə “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.