739
10:19
29 Noyabr 2019

Bu gün yeni Ombudsman seçiləcək

Milli Məclisin bugünkü iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) seçilməsi gözlənilir.

Lent.az xatırladır ki, ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Əlavə edək ki, namizədlərdən biri Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir.
O, 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.