İtkin düşən 25 yaşlı qız axtarılır - FOTO
29 noyabr 2019 09:43 (UTC +04:00)

İtkin düşən 25 yaşlı qız axtarılır - FOTO

Bakıda 25 yaşlı qız itkin düşüb.

DİN mətbuat xidmətinin Bərdə Regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax rayonunda anadan olan 1994-cü il təvəllüdlü Həsrət Cəbrayılova sentyabrın 21-də yaşadığı Binəqədi rayonu Metodrom qəsəbəsində yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində tünd yaşıl rəngli uzunqollu köynək, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olub. H. Cəbrayılova sonuncu dəfə Yevlax rayonu ərazisində görülüb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-336-45-02 və (050) 397-90-70 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 1271
avatar

Mehman Nəbiyev

Oxşar yazılar