413
23:22
28 Noyabr 2019

Bakıda idarəetmədən çıxan avtomobil işıq dirəyini aşırıb - FOTO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Rəşid İsmayılov küçəsində qeydə alınıb.

İlham Ağayevin idarə etdiyi "BMW" markalı minik maşını Biləcəri dairəsi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və əks yola keçib. Bu zaman avtomobil yolun ortasında quraşdırılmış işıq dirəyini də aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Yol qəzasının təfərrüatlarını Binəqədi polisi araşdırır.