529
17:17
28 Noyabr 2019

Bu şəhərdəki süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumata əsasən agentliyin əməkdaşları Gəncə şəhəri, Şəhriyar küçəsi ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan olan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Sexdə istifadə edilən südün keyfyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması, saxlanması qaydalarının kobud pozulduğu müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.