563
08:01
28 Noyabr 2019

Bakı sakini Şəkidə sirkə turşusundan zəhərləndi

Noyabrın 27-i axşam saat 22 radələrində Bakı şəhəri Sulutəpə qəsəbə sakini, 1997-ci il təvəllüdlü Etimad Aslan oğlu Həsənov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı E.Həsənovun sirkə turşusundan zəhərləndiyi məlum olub.

E.Həsənovun müalicəsi reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.