1147
16:49
27 Noyabr 2019

İqbal Ağazadənin evinə basqın edənlə bağlı RƏSMİ MƏLUMAT

İqbal Ağazadənin evinə basqın edən şəxslə bağlı rəsmi məlumat yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları İqbal Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirib.

Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri, Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib.

İ.Ağazadə elektrik naqilini kəsən 33 yaşlı Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.