“Hər oyuna qələbə istəyi ilə çıxırıq” – “Sevilya”nın hücumçusu
27 noyabr 2019 09:20 (UTC +04:00)

“Hər oyuna qələbə istəyi ilə çıxırıq” – “Sevilya”nın hücumçusu


“Avropa Liqası ilə bağlı xüsusi hisslərimiz var. Çünki “Sevilya” 5 dəfə bu yarışın qalibi olub”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun futbolçusu Lük De Yonq deyib.

Hollandiyalı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la noyabrın 28-dəki oyunu ərəfəsində açıqlama verib. 4 aydır Əndəlüs klubunda çıxış edən L.De Yonq təkcə bu matç deyil, turnirin qalibi olmaq niyyətlərini gizlətməyib: “Kuboku başı üzərinə qaldırmağın həm də yaxşı mükafat - Çempionlar Liqasına vəsiqə verməsi motivasiyamızı daha da artırır. 5 final oynayan və 5 kubok qazanan “Sevilya” üçün bu turnirin nə dərəcədə önəm kəsb etdiyini bilirəm. Növbəti dəfə bu mükafatı qazanmaq üçün mövsüm boyu yüksək motivasiyamızı qorumalıyıq”.

Forvard mövsümün hər matçına qələbə istəyi ilə çıxdıqlarını da vurğulayıb: “Düşünürəm ki, biz çox irəli gedə, çətin olsa belə kuboku qazana bilərik. Bunun üçün addım-addım irəliləməli, yalnız qarşıdakı görüşü düşünərək hər matça ayrıca hazırlaşmalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxırıq. Komandamızın geniş heyəti var. Baş məşqçi Xulen Lopeteqi heyəti və mövqeləri dəyişdikdə çətinliklə üzləşmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar