372
02:48
27 Noyabr 2019

Bağdadda ardıcıl baş vermiş partlayışlarda 6 nəfər ölüb

Bağdadda baş vermiş silsilə partlayışlarda 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın “Al Sumaria” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, İraqın paytaxtında azı üç partlayış qeydə alınıb. İraq hüquq-mühafizə orqanları bildirir ki, partlayışlar kustar üsulla hazırlanmış partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib.

Partlayıcılar şəhərin müxtəlif hissələrindəki bazar yaxınlığında park edilmiş iki motosikletə quraşdırılıb. Partlayışlar bir-birinin ardınca bir neçə dəqiqə vaxt fərqi ilə baş verib.