Paytaxtda ağır qəza: 25 yaşlı hamilə qadın...
26 noyabr 2019 17:46 (UTC +04:00)

Paytaxtda ağır qəza: 25 yaşlı hamilə qadın...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsində qeydə alınıb.

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, təcili tibbi yardıma məlumat saat 13:46-da daxil olub:

"Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir".

# 1300
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar