Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.
***
14:41
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin 1-ci sinif şagirdi, 6 yaşlı Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.