2476
09:34
23 Noyabr 2019

Azər üçüncü toyuna gəlmədi - FOTOLENT

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurub.

Lent.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün xına və toy mərasimi eyni anda baş tutub.

İlahə adlı xanımla evlənən Azər İsmayılov toya qatılmayıb. Bəysiz keçən toy ötən gün gerçəkləşib. Toydan fotolar sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, ötən gün bu barədə xəbər yayılandan sonra Azər İsmayılov məlumatı şəxsi yutub kanalında təkzib edərək, ailəsinin yasda olduğunu bildirmişdi. Görünür, toy mərasimi də məhz bu səbəbdən bəysiz baş tutub.