Sumqayıtda iki maşın toqquşdu: ölənlər var
22 noyabr 2019 10:28 (UTC +04:00)

Sumqayıtda iki maşın toqquşdu: ölənlər var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirovadır.

Yaralılar isə 48 yaşlı Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 45 yaşlı Əmirov Məhəmməd Seyid oğlu və 58 yaşlı Şaban Abramovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031

Oxşar yazılar