Bakıda oğurluq edənlər saxlanıldı
21 noyabr 2019 19:05 (UTC +04:00)

Bakıda oğurluq edənlər saxlanıldı


Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 23-də rayon ərazisindəki mağazaların birindən 400 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini G.Zamanzadə saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərov saxlayıblar.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilib və görülən tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

M.Musayevin ətrafında aparılan tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin Bakı şəhər sakini F.Ağametova məxsus olması və noyabrın 7-nə keçən gecə Xətai rayonu ərazisindən qaçırılması da müəyyən edilib.

 

# 884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar