Elmira Süleymanova Nəcəf Tağıyevi işdən çıxartdı
21 noyabr 2019 10:57 (UTC +04:00)

Elmira Süleymanova Nəcəf Tağıyevi işdən çıxartdı

Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Nəcəf Tağıyev vəzifəsindən azad olunub. 

N.Tağıyev Lent.az-a bildirib ki, azad olunması üçün özü ərizə ilə müraciət edib:

“Buna səbəb Dövlət Gömrük Komitəsində yeni vəzifəyə təyinat almağımdır. Yerimə isə hələ ki təyinat olmayıb”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bununla bağlı müvafiq əmr imzalayıb.

Bu barədə ilk məlumatı “Report” yayıb.

# 1458
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar