Azərbaycan Beynəlxalq Bankı kiçik və orta  sahibkarları bir araya gətirdi
20 noyabr 2019 15:12 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi

Azərbaycan Beynəlxalq Bankının müştərisi olan bir qrup kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib. İşgüzar şam süfrəsi formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı bölgələrdən 30-a yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib. Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5 ballıq sistemlə qiymətləndiriblər.

Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da davam etdiriləcəyini bildirib: “Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
  

# 1138
avatar

Oxşar yazılar