Bakıda 33 yaşlı kişi bıçaqlandı
20 noyabr 2019 02:26 (UTC +04:00)

Bakıda 33 yaşlı kişi bıçaqlandı

Bakının Nizami rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.  

APA-nın xəbərinə görə, hadisə "Xudafərin" restoranının yaxınlığında qeydə alınıb.  1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu bir neçə nəfərlə mübahisə zamanı kəsici alətlə xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar