“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkarlandı
19 noyabr 2019 19:25 (UTC +04:00)

“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkarlandı

"Facebook"un əməkdaşları "WhatsApp" xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar. 

Lent.az "ictnews"a istinadla xəbər verir ki, "CVE-2019-11931" adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar. Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı.

"Android", "iOS" və "Windows" sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. "WhatsApp" xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5742

Oxşar yazılar