352
17:15
18 Noyabr 2019

FHN yanğın potensiallı ərazilərdə təmizlik işini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın potensiallı ərazilərdə təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir.

Bu barədə APA -ya FHN-dən bildirilb.

Məlumata görə, respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə, yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.