İstiliklə bağlı problem həll olundu? - RƏSMİ CAVAB
18 noyabr 2019 11:54 (UTC +04:00)

İstiliklə bağlı problem həll olundu? - RƏSMİ CAVAB

Bakı şəhərində və respublikanın digər ərazilərində qazanxanalara istiliyin verilməsi noyabr ayının 15-nə planlaşdırılsa da, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə (İB) olan borcu səbəbindən baş tutmamışdı.

Sonradan “Azəriqaz” “Azəristiliktəchizat”ın ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib. Rəsmi məlumata görə, noyabr ayının 16-ı günorta saatlarından "Azəriqaz" rəhbərliyinin tapşırığı ilə "Azəristiliktəchizat"ın qazanxanalarına qazın açılışı təmin olunub.

Lent.az-a açıqlama verən “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, artıq problem tam aradan qaldırılıb:

“Hazırda Bakı şəhərində və respublikanın digər ərazilərində olan bütün qazanxanalar işləyir”.

Qeyd edək ki, bu il istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabr ayının 1-dən başlayıb. 

# 2161
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar