“"Artistlər belədir, efirdəkilər elədir" fikrinə düşməyin” - Murad
18 noyabr 2019 11:11 (UTC +04:00)

“"Artistlər belədir, efirdəkilər elədir" fikrinə düşməyin” - Murad

Aparıcı və müğənni Murad Arif son zamanlar şou-biznesdəki qalmaqallardan yazıb.

Lent.az-ın məlumatına görə, aparıcı-müğənni sosial şəbəkədə bu sözləri qeyd edib:

“Sizi and verirəm inandıqlarınıza.... Heç vaxt unutmayın ki, hər sahədə ləyaqətsiz və tərbiyəsiz adamlar var! 1-2 nəfərin sayəsində, "Artistlər belədir, efirdəkilər elədir" fikrinə düşməyin... Bizim tayfa emosionaldır, ya hislərini cilovlaya bilmir, ya da düşüncələrini...

İnsan xisləti peşəyə baxmır. Tərbiyə, əxlaq, məsuliyyət, ciddiyət, namus, ehtiras insan dəyərləridir. İnsan xislətidir... Peşəylə əlaqəsi yoxdur. Məşhur sadəcə olaraq göz önündədir, ictimaidir...”.

# 1324
avatar

Yalçın UĞUR

Oxşar yazılar