Türkiyədə əl-Bağdadinin onlarla qohumu tutuldu
16 noyabr 2019 15:45 (UTC +04:00)

Türkiyədə əl-Bağdadinin onlarla qohumu tutuldu

Türkiyə hakimiyyət orqanları İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bir müddət əvvəl məhv edilən lideri Əbubəkr Əl-Bağdadinin 25 qohumunu saxlayıb.

APA-nın xəbərinə görə, Türkiyə Cümhuriyyət Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, əl-Bağadinin qohumlarının tutulıması əməliyyatı ölkənin dörd əyalətində keçirilib.

Ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan 11-i Kırşehir, 5-i Samsun, 3-ü Ordu, 6-sı isə Şanlıurfada tutulub.

Tutulanlardan 4-ü barəsində silahlı terror təşkilatında iştirakda ittiham elan olunaraq məhkəmə tərəfindən həbs qərarı verilib.

Qalan 21 nəfər, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.

Qeyd edək ki, İŞİD-in lideri əl-Bağdadinin məhv edilməsi barədə ABŞ prezidenti Donald Tramp bu ilin oktyabrında açıqlama yayıb.

# 1044
avatar

Oxşar yazılar