Qumarda uduzan kişi qalibə borcu əvəzinə arvadını təklif etdi
16 noyabr 2019 19:21 (UTC +04:00)

Qumarda uduzan kişi qalibə borcu əvəzinə arvadını təklif etdi


Hindistanda qumar oyunlarına meylli olan Binod Kumar Şah uduzduqdan sonra borcu əvəzinə qalibə öz həyat yoldaşı Çandu Devini təklif edib.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, qadın başqası ilə getməkdən imtina edəndə, əri ona hücum çəkib. 

Devi hadisə barədə polisə məlumat verib, hazırda araşdırma aparılır. Qadın deyib ki, axşam evə gələn əri qumarda uduzduğunu və “uduşu” götürmək üçün səhər başqa kişinin gələcəyini bildirib. O, imtina edəndə, Şah ona hücum çəkib.

Qadının hansı dərəcədə zədə aldığı barədə məlumat verilmir. Məlum olan budur ki, Devi ərizə ilə polisə müraciət edərək evdən gedib. O, hazırda valideynlərinin yanında yaşayır. 

# 2932
avatar

Oxşar yazılar