Qozlu piroqun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
15 noyabr 2019 15:57 (UTC +04:00)

Qozlu piroqun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

"Lent.az-ın mətbəxi" layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla qozlu priqon resepti ilə tanış edəcəyik.

Tərkibi:

Xəmir üçün – 100 qram yağ, 1.5 stəkan un, 3 yumurtanın sarısı, 0,5 stəkan şəkər tozu, vanil, qabartma tozu.

İçlik üçün – 2 stəkan qoz, 1 stəkan şəkər tozu, 3 yumurtanın ağı.

Hazırlanma qaydası:

İlk olaraq unla yağı qarışdırıb, umac halına gətiririk və üzərinə qabartma tozu ilə vanili əlavə edib qarışdırırıq.

Bir kənarda isə 3 yumurtanın sarısı ilə şəkər tozunu mikserlə qarışdırır, xəmirə əlavə edirik. Hazırlanan xəmiri 1 saatlıq soyuducuya yerləşdiririk.

İçlik üçün qozu xırda doğrayır 1 stəkan şəkər tozu ilə qarışdırırıq. Həmçinin lazım olan 3 yumurtanın ağı ilə 1 stəkan şəkər tozunun yarısını mikserlə qarışdırır və geridə qalan şəkər tozunu da üzərinə əlavə edirik.

Soyuducudan xəmiri çıxardaraq bişiriləcək qabın içərisinə yayır, kənarlarını bir qədər qaldırırıq. Sonra qozlu şəkər tozu qarışımını xəmirin üzərinə əlavə edirik və sobaya yerləşdiririk. Daha sonra piroqumuz bişdikdən sonra çıxarıb soyumasını gözləyirik.

Piroq hazırdır və artıq zövqə görə onu bəzəyə bilərik.

Nuş olsun!

# 3845
avatar

Oxşar yazılar