Maşınlardan oğurluq edən saxlanıldı
15 noyabr 2019 15:14 (UTC +04:00)

Maşınlardan oğurluq edən saxlanıldı

Suraxanı rayonunda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin əməkdaşları avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini B.Bayramov saxlayıb.

Onun oktyabrın 30-dan noyabrın 10-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, sənəd, eynək, təmir-tikinti alətləri, qaynaq aparatı və elektrik naqili oğurladığı bildirilir.

# 771
avatar

Mehman Nəbiyev

Oxşar yazılar