Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi
15 noyabr 2019 11:47 (UTC +04:00)

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

 

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, həmin mağazaların satıcıları – L.Zeynalzadə, İ.Həsənov və P.Mirzazədə barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

# 618
avatar

Mehman Nəbiyev

Oxşar yazılar