Bakıda mənzildən meyit tapıldı
14 noyabr 2019 18:00 (UTC +04:00)

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

# 1012
avatar

Oxşar yazılar