Almaniyada tutulan həmyerlilərimiz barədə YENİ MƏLUMAT
14 noyabr 2019 10:45 (UTC +04:00)

Almaniyada tutulan həmyerlilərimiz barədə YENİ MƏLUMAT

“İndiyә kimi әn az bu cür 50 iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub”.

Lent.az xəbər verir ki, bunu Avropada yaşayan mühacir Yafəz Əkrəmoğlu Almaniyada tutulan həmyerlilərimiz barədə öz “Facebook” səhifəsində etdiyi paylaşımında vurğulayıb. O, bildirib ki, sanksiyada konkret adlar deyil, soyadlar qeyd edilib:

“Әvvәlki statusumda bildirmişdim ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan bandanı ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış aparılıb, bir neçә nәfәr hәbs olunub.


Bu xәbәri alandan sonra araşdırmalara başladım vә bir çox sәnәdli faktlar toplaya bildim. Hәmin faktları qısa şәkildә sizinlә paylaşıram:
Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada, İnsan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).


Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir:

Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә və necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarınln әlindәn hәqiqi sәnәdlәrini alıb.
O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır- İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az bu cür 50 iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.

Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbyliyә saxta sәnәdlәr göndәrib.
Çoxsaylı azәrbayvanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub”.

# 1279
avatar

Mehman Nəbiyev

Oxşar yazılar