202
10:22
14 Noyabr 2019

Sərhədçilər meşədə külli miqdarda narkotik aşkarladılar

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əmə­liyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə nar­kotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Lent.az -a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.

Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülüb.