225
09:37
14 Noyabr 2019

Zərdab sakinindən 5 kiloya yaxın narkotik götürüldü

Zərdab sakinindən narkotik maddə götürülüb.

Lent.az -ın məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini 1970-ci il təvəllüdlü Şükürov Mehman Kamran oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman cinayət xarakterli heç bir əşya aşkar edilməyib.

Lakin saxlanılan şəxsin də iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman eyvanın altında çiy kərpicdən düzələn gizli yerdə kisənin içərisinə yığıb saxladığı 24 ədəd sellofan bağlamada, hər biri 5 və 2 litrlik şüşə bankalarda, 1 ədəd üstündə “Bakı” yazısı olan siqaret qutusunun içindəyaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ümumi çəkisi 4.758 qram olan kütlələr aşkar edilərək götürülüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.