Mikroavtobus piyadanı vurdu - FOTO
13 noyabr 2019 19:33 (UTC +04:00)

Mikroavtobus piyadanı vurdu - FOTO

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

# 865
avatar

Oxşar yazılar