3 gün əvvəl bıçaqlanmışdı: ötən axşam öldü
10 noyabr 2019 15:08 (UTC +04:00)

3 gün əvvəl bıçaqlanmışdı: ötən axşam öldü

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar