Paytaxtda qəza 120 abonenti qazsız qoydu
07 noyabr 2019 17:37 (UTC +04:00)

Paytaxtda qəza 120 abonenti qazsız qoydu

Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb.

Hadisə səbəbindən 120 abonentin qaz təminatı müvəqqəti dayandırılıb. Bərpa işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar