14:35
07 Noyabr 2019

Balakəndə yarım tona yaxın xurma yandı

Balakəndə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Balakən rayonu, Katex kəndində ümumi sahəsi 180 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və içərisinə yığılan 0,5 ton xurmanın 0,3 tonu yanıb. Tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri söndürülüb.

Dİgər xəbərlər