550
01:33
07 Noyabr 2019

Zərdabda evdə partlayış olub, xəsarət alanlar var

Zərdab rayonunda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sileyli kəndində qeydə alınıb.

Kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz balonu partlayıb. Nəticədə mətbəx tamamilə dağılıb, ev sahibi İ.Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Daha sonra vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərinə aparılıb.

Fakt araşdırılır.

Dİgər xəbərlər