Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06 noyabr 2019 18:02 (UTC +04:00)

Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq

Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.

APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub. Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9 faiz, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2 faiz çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3691

Oxşar yazılar