Mustafa Kamal Atatürkün ən sevdiyi mahnılar bir albomda toplanıb.
Lent.az-ın məlumatına görə, Atatürkün ölümünün 81-ci ildönümündə “Poll Production by Polat Yağcı” etiketi ilə çıxarılan “Atamızın ən sevdiyi mahnılar” adlı albomdakı musiqiləri Melihat Gülsəs və Hakan Aysev səsləndirib.
13 mahnının yer aldığı albomda ilk klip “Fikrimin incə gülü” mahnısına “Pera Palace” otelində çəkilib. Ənəs Bilal Daşcının rejissorluğu ilə çəkilən klipə Melihat Gülsəs və Hakan Aysevin birgə valsı damğa vurub.