511
15:16
04 Noyabr 2019

Paytaxtda ağır qəza: 1 ölü, 2 yaralı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, baş verən avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub:

"Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda yaralılara lazımi tibbi yardım göstərilir".