Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
03 noyabr 2019 12:38 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında bludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət 80-90 % olacaq.  

Noyabrın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2206

Oxşar yazılar