460
15:49
02 Noyabr 2019

Təhlükəli havaya görə məktəblər bağlandı - Hindistanda

Hindistanın paytaxtı Yeni Dehlidə havanın keyfiyyətinin təhlükəli hal alması məktəblərdə dərslərə fasilə verilməsinə səbəb olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə hava həddindən artıq çirkləndiyindən əhaliyə açıq yerlərdə gəzməmək tövsiyə olunub.

Havanın keyfiyyət indeksinin 700-ün üzərinə qalxdığı şəhərdə havanın təhlükəli həddə çatmasına əlavə amillər də təsir edib.

Ətraf rayonlarda tarlalarda küləşin yandırılması, İşıq və Divali bayramları münasibətilə çoxsaylı tonqalların yandırılması, fişənglərin partladılması paytaxtdakı hava çirkliliyini ikiqat artırıb. Məktəblərda noyabrın 5-dək dərslərə fasilə verilib, eyni zamanda şagirdlərə ağızlarını bağlamaları üçün maskalar dağıdılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ötənilki statistikasında dünyada havası həddən artıq çirkli olan 10 şəhərin Hindistanda olduğunu açıqlanıb.