İkinci dəfə evlənən müğənni ata oldu
02 noyabr 2019 11:52 (UTC +04:00)

İkinci dəfə evlənən müğənni ata oldu

Müğənni Zamiq Hüseynov ata olub.

Lent.az axşam.az-a istinadla xəbər verir ki, Zamiq  bu münasibətlə dostlarını bir araya yığıb. O, xoş gününü Xalq artisti Röya Ayxan, stilistlər Elnur Həsənov, Anar Maliklə qeyd edib.

Qeyd edək ki, Zamiq ata olma xəbərini mediadan gizlədir. Bir müddət əvvəl Röya müğənninin tezliklə ata olacağı haqda açıqlama vermişdi. Zamiq isə məlumatı təkzib etmişdi.

Z.Hüseynovun ötən il gizli evləndiyi xəbəri yayılmışdı. Sənətçi bu haqda sualları hər zaman cavabsız qoyub. Müğənni ikinci dəfə Aydan adlı xanımla nikah bağlayıb.

# 2143
avatar

Oxşar yazılar